Rusiyada FTX əməkdaşları Çin premium avtomobillərinə keçib

Avropa və Yaponiyanın məşhur avtomobil markaları Rusiyadan getdikdən sonra Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Çin istehsallı premium avtomobillərə keçmək qərarına gəliblər.

Azpost.info xəbər verir ki, FTX-nin avtoparkında Rusiya bayrağının rənglərində xüsusi siqnalları olan krossoverlər aşkarlanıb.

Avtomobilin qiyməti 5,3 milyon rubldan başlayır. Yeddi nəfər üçün nəzərdə tutulan avtomobilin içərisində üç iqlim nəzarət zonası, panoramik dam, proyeksiya ekranı, səkkiz dinamikli audiosistem, qızdırılan və havalandırılan oturacaqlar, altı təhlükəsizlik yastığı və digər premium avtomobil variantları var.

Eyni zamanda yerli avtomobillərə keçən məmurlar ən bahalı brendlərə üstünlük verirlər. Məsələn, səhiyyə naziri Mixail Muraşko hazırda Putinin özünün istifadə etdiyi, dəyəri 36 milyon rubldan çox olan premium “Aurus Senat” idarə edir.

Azpost.info

 

Əvvəlki məqalə

“Rəsmi Bakıdan tamamilə fərqli bəyanatlar eşitmişik”

Sonrakı məqalə

İrəvan və Brüssel patrul missiyasını genişləndirir-