“Rusiyada hicabın qadağan olunması qarşıdurma yaradacaq” –Moskva müftisindən Ombudsmana etiraz

Rusiyada müsəlmanların ənənəvi qadın baş örtüyü olan niqabın qadağan olunması dini qarşıdurmaları alovlandıra bilər.

Azpost.info bildirir ki, bu barədə Moskvanın müftisi İldar Alyautdinov mayın 21-də RBC-yə müsahibəsində bildirib.

Qeyd edək ki, mayın 21-də Prezident yanında İnsan Hüquqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyev Rusiyada niqab taxmağın qadağan edilməsinin zəruri olduğunu bildirib. Fadeyev xatırladıb ki, bir sıra Mərkəzi Asiya ölkələrində baş geyimləri qadağandır. Onun fikrincə, insanın şəxsiyyətinin tanınmasına mane olan geyimlər terror riskini artıra bilər.

“Bu cəhdlər Rusiya vətəndaşlarının dini etiqad etmək hüququnu təmin edən dünyəvi hüquq normalarının və Konstitusiyanın açıq şəkildə pozulması kimi görünəcək”, – deyə Alyautdinov vurğulayıb.

Müfti qeyd edib ki, İslam ölkələri ilə Rusiya arasında münasibətlər hər il sürətlə inkişaf edir və bu cür qadağalar İslam nümayəndələrinin hüquqlarını poza bilər. “niqab taxmaq hüququna hər hansı bir müdaxilə mütləq müsəlman ölkələrində repressiya və qeyri-dost hərəkət kimi qiymətləndiriləcək”.

Onun sözlərinə görə, bu cür hərəkətlər dini ayrı-seçkiliyin bariz təzahürüdür.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.