Rusiyanın Nijeqorod vilayətində kütləvi zəhərlənmə olub. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, noyabrın 25-də Vad kəndində 45 nəfər qaz zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən 44-ü şagird, biri müəllimdir. Həkimlər onlardan 10-nun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Kənd məktəbinin zəhərlənmə qeydə alınan binalarından biri bağlanıb. Məktəbin digər korpusu fəaliyyətini əvvəlki qaydada davam etdirir. İlkin məlumata görə, zəhərlənmə məktəbin 1,5 km-liyində yerləşən qazpaylayıcı stansiyada qaz sızmasından baş verib. Hüquq-mühafizə orqanlarından bildirilib ki, müəssisədə texnoloji proses pozulduğuna görə belə hal yaşanıb. Qaz sızmasının qarşısı qısa müddətdə alınıb.