Rusiyada SİM kartların aktivləşdirilməsi ilə bağlı yeni qadağa

Rusiya hakimiyyəti ölkədə SİM kartların dövriyyəsini sərtləşdirməyə hazırlaşır. Belə ki, abunəçilərin pasport məlumatları Daxili İşlər Nazirliyində yoxlanılmadan kartların aktivləşdirilməsinə icazə verilməyəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Kommersant”a iki telekommunikasiya operatorunun mənbələri bildiriblər.

Bu ideya Rəqəmsal İnkişaf Nazirliyi və Daxili İşlər Nazirliyində müzakirə olunur, lakin hələ də qanunvericilik təşəbbüsü kimi rəsmiləşdirilməyib.

Daxili İşlər Nazirliyində yoxlamanın ən azı iki gün çəkəcəyi gözlənilir. “Hər şey sistemlərin inteqrasiyasından asılı olacaq” – mənbə qeyd edib.

Hazırda rabitə operatorları DİN-lə birgə telefona quraşdırıldığı andan aktivləşdirilə bilən SİM kartın abunəçi məlumatlarını yoxlayır. Həmçinin, bütün bağlanmış müqavilələr haqqında məlumatlar “Roskomnadzor” tərəfindən nəzərdən keçirilir. Suallar yaranarsa, şəxsiyyətin müəyyən edilməsi üçün sorğu verilir.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.