Rusiyada “WhatsApp” bloklana bilər

Rusiyada “WhatsApp” messenceri bloklana bilər.

Azpost.info xəbər verir ki, buna səbəb xidmətin Rusiya hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməsidir.

Bu barədə Rusiya Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn bildirib.

“Bloklanma ilə bağlı qərar yoxdur. Amma xatırlatmaq istəyirəm ki, ekstremist Meta şirkətinə məxsus “WhatsApp” dəfələrlə ölkəmizin qanunlarını pozub və pozmaqda davam edir, həmçinin məhkəmələr şirkəti Rusiyada fəaliyyət qaydalarına əməl etmədiyinə görə mütəmadi olaraq cərimələyir”, o bildirib.

Xinşteynin sözlərinə görə, “WhatsApp”ın bu siyasəti və onun Rusiya hakimiyyəti ilə əməkdaşlıqdan imtinası sonsuza qədər davam edə bilməz: “Messencerin administrasiyası davranışını dəyişməsə, dövlətin səbri tükənəcək və “WhatsApp” “Meta”nın taleyini yaşayaaq”.

Azpost.info

Əvvəlki məqalə

Gənc psixoloq Leyla Salmanlı “Autizim və Beyin” layihəsini təqdim edib

Sonrakı məqalə

Qarabağ Universitetində kafedra müdiri vəzifəsi üzrə vakansiyalar elan olunub