Rusiyada yaşayan Azərbaycan əsilli bloger Hüseyn Həsənov bu ölkənin Vergi Xidmətinə olan borcunu ödəyib.
Azpost.info xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, borc 145 milyon rubl olub.
SHOT qeyd edir ki, Federal Vergi Xidməti borca görə blogerin hesablarını bloklayıb və Moskva şəhərində 124 kvadratmetrlik mənzilə, həmçinin “Chevrolet Tahoe” və “Rolls-Royce” avtomobillərinə həbs qoyulmasını tələb edib.
Daha əvvəl vəkil Aleksandr Xaminski bildirmişdi ki, fərdi sahibkar Hüseyn Həsənovun Federal Vergi Xidmətinə olan borcu cinayət işinin başlanması ilə nəticələnə bilər. Onun sözlərinə görə, belə borclar vergi yoxlamasından sonra yaranıb. Xaminski qeyd edib ki, Həsənov vəziyyətin bu cür inkişafını qabaqcadan görüb və Rusiyanı tərk edib.
“Mash” Teleqram kanalı isə bildirmişdi ki, Həsənovun yapon restoranının kuryerləri müqavilə üzrə çatdırılmaların ödənilməməsinə görə onu məhkəməyə veriblər. Nəticədə o, 500 min rubl cərimə ödəyib. Kanalın məlumatına görə, sahibkar həmçinin vəkillik xərcləri və dövlət rüsumlarının ödənilməsi daxil olmaqla, məhkəmə xərclərinə görə təxminən 200 min rubl itirib.
Azpost.info