Rusiyada 800 sərnişinli qatar relsdən çıxıb- 2 nəfər ölüb, 100-dən artıq yaralı var (VİDEO)

Volqoqrad vilayətində Kazan-Adler marşrutu ilə hərəkət edən sərnişin qatarı “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində relsdən çıxıb.

Azpost.info xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı hadisə şahidlərinə istinadən yazıb.

Onların sözlərinə görə, yük maşını sürücüsü işıqforun qırmızı işığında relsdən keçməyə cəhd edib.

Ehtimala görə, “KamAZ”la toqquşma nəticəsində azı doqquz avtomobil yolundan çıxıb. Ümumilikdə qatarda 800 sərnişin olub.

İlkin hesablamalara görə, qatarın relsdən çıxması nəticəsində azı 100 nəfər xəsarət alıb. Üç vaqon aşıb. Qurbanların dəqiq sayı dəqiqləşdirilir.

“Mash” Telegram kanalı xəbər verir ki, Volqoqrad yaxınlığında Kazan-Adler sərnişin qatarının relsdən çıxması nəticəsində iki nəfər ölüb. Kanal qeyd edib ki, qurbanların sayı daha çox ola,bəzi vətəndaşlar qatarın altında qala bilər.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.