Rusiyadan və MDB-dən olan miqrantlar ABŞ-dan deportasiya olunur –Sərəncam imzalandı

ABŞ-ın Kaliforniya ştatının sərhədçilərinə Rusiyadan və keçmiş SSRİ-nin digər beş ölkəsindən olan qanunsuz miqrantları dərhal deportasiya etmək tapşırılıb.

 Azpost.info bildirir ki, bu barədə “New York Post” daxili sənədlərə istinadən yazır.

Afrika, Asiya, Avropa və Avstraliyanın 100-dən çox ölkəsini əhatə edən şərq yarımkürəsinin qalan hissəsinin nümayəndələrinə işləri araşdırılana qədər ABŞ-da qalmasına icazə verilir.

“Yalnız Gürcüstan, Moldova, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan yetkin miqrantlar dərhal ABŞ-dan deportasiya olunacaqlar”, – nəşr sənədə istinadən bildirir.

Sənədin təsiri adıçəkilən  ölkələrdən gələn qeyri-qanuni miqrantların əksəriyyətini təşkil edən San Dieqo şəhəri yaxınlığındakı sərhəd hissəsinə qədər uzanır. Sentyabrda başa çatan son maliyyə ilinin rəsmi sənədlərinə görə,  onların arasında rekord sayda 43 min rus olub.

ABŞ prezidenti Co Bayden daha əvvəl Meksika ilə sərhədi qanunsuz keçən miqrantların ABŞ-da siyasi sığınacaq almasına müvəqqəti qadağa qoyub. Müvafiq tədbir yalnız sərhədi qanunsuz keçmələrin sayı müəyyən həddi keçdikdə qüvvəyə minəcək.

Əvvəlki məqalə

Qvardiola “Barselona”ya qayıdacaqmı?

Sonrakı məqalə

Rusiya ilə İran arasında əməkdaşlıq sazişi ilə bağlı danışıqlar dayandırılıb