“Rusiyanı döyüşdə məğlub edəcəklərinə inananların ağlı yoxdur” –PUTİN

“Rusiya heç vaxt Ukrayna ilə bağlı dialoqdan imtina etməyib, lakin 2022-ci ilin martında İstanbulda danışıqlara son qoyulandan sonra ilk addımı atmaq niyyətində deyil”.

Azpost.info bildirir ki, bu sözləri prezident Putin amerikalı jurnalist Takerə geniş müsahibəsində deyib: “Niyə biz təlaşa düşməli, kiminsə səhvlərini düzəltməliyik?”

Putin bildirib ki, razılaşma şərtləri, o cümlədən vəziyyətin indi olduğu kimi saxlanılması müzakirə olunmalıdır: “Bu danışıqların predmetidir. Amma bununla bağlı bizimlə danışıq aparmaq istəmirlər. Daha doğrusu istəyirlər, amma bilmirlər necə aparsınlar. Bilirəm ki, bunu istəyirlər. Təkcə görmürəm, həm də bilirəm. Danışıq istəyirlər, amma bilmirlər ki, bunu necə etsinlər”-deyə Putin vurğulayıb.

Prezident 2022-ci ildə İsanbulda keçirilmiş danışıqların nə üçün pozulduğunu anlamadığını deyib: “Allah bilir. Mən özüm başa düşmürəm. Ümumi göstərişlər var idi. Nədənsə hamıda təkəbbürdən doğan və sadəlövhcəsinə Rusiyanı döyüş meydanında məğlub etmək illüziyası var. Bu illyuziya böyük ağlın olmamasına dəlalət edir”.

Azpost.info

Əvvəlki məqalə

“Baydenə demişəm, silah verməyi dayandır, bir həftəyə hər şey bitsin” –

Sonrakı məqalə

Putinin Karlsona verdiyi müsahibəyə 50 milyon insan baxıb