“Rusiyanın BMT TŞ-dəki çıxışı mövqeyimizi tam əks etdirir”- Moskva İrəvanın tənqidinə cavab verdi

“Rusiya nümayəndəsinin BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı iclasında çıxışı Moskvanın mövqeyini tam əks etdirir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, Ermənistan “Rusiya hər şeyi daha konkret deyə bilərdi, lakin bunu etmədi, çünki üzərinə çox böyük məsuliyyət götürmək istəmir”, – deyə narazılıq edib.

Dekabrın 20-də Ermənistan tərəfinin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı iclası çağırılıb. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev bildirib ki, Bakı Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin ona qarşı irəli sürdüyü bütün ittihamları rədd edir, onları yalan və əsassız sayır. Onun sözlərinə görə, Laçın yolu ilə humanitar yüklərin daşınmasına heç bir maneə yoxdur və Bakı bu yolla hərəkət edən insanların təhlükəsizliyinə zəmanət verir.

Ermənistan Baş naziri Nikol Paşinyan dünən bildirib ki, Nazirlər Kabineti Laçın dəhlizinin qarşısının alınması üçün Rusiyadan “yol xəritəsi” gözləyir. O əlavə edib ki, blokadaya görə Qarabağda humanitar vəziyyət hər gün ağırlaşır. Eyni zamanda, İrəvan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini tənqid edir. Öz növbəsində Moskva bu ittihamları əsassız hesab edir.

Azpost.info

Əvvəlki məqalə

Terrorçuluğun maliyyələşdirilməsinə görə yeni cərimələr müəyyənləşir

Sonrakı məqalə

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq