Rusiyanın müdafiə naziri İstanbula gəlib- Taxıl sazişini imzalamaq üçün

Rusiyanın müdafiə naziri Sergey Şoyqu taxıl dəhlizi ilə bağlı müqaviləni imzalamaq üçün İstanbula gəlib.

Sənədi Türkiyə və Rusiyanın müdafiə nazirləri, həmçinin Kiyevin İstanbuldakı nümayəndə heyətinə rəhbərlik edən Ukraynanın infrastruktur naziri imzalayacaq.

İyulun 21-də BMT-nin Baş katibi Antonio Quterriş Ukrayna və Rusiya taxılının, həmçinin Rusiya gübrəsinin ixracına dair sazişin imzalanmasında iştirak etmək üçün İstanbula gəlib.

Qeyd edək ki, bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sənədin imzalanacağını elan edib. İyulun 13-də Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndə heyətlərinin bu məsələ ilə bağlı görüşü baş tutub. Danışıqlar mətbuatın iştirakı olmadan qapalı formatda keçirilib.

 

Əvvəlki məqalə

Müdafiə Nazirliyi hesabat yayıb

Sonrakı məqalə

Kəndlərdə qonaqlara kirayə verilən evlərin sayı artırılacaq