İran prezidenti Məsud Pezeşkian Moskvaya ballistik raketlərin tədarükü ilə bağlı məlumatları təkzib edib.
Azpost.info “The Guardian”a istinadən bildirir ki, o bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasında keçirdiyi mətbuat konfransıda jurnalistlərə bildirib.
Mətbuat konfransında prezident təklif olunan raket daşımaları ilə bağlı sualları cavablandırarkən deyib: “Ola bilsin ki, əvvəllər belə çatdırılmalar olub. Ancaq mən zəmanət verə bilərəm ki, vəzifəyə gəldiyim vaxtdan belə çatdırılma olmayıb”.
Pezeşkian Ukraynadakı müharibə ilə bağlı Qərblə danışıqlar aparmaq arzusunu da ifadə edib: “Biz vəziyyəti avropalılar və amerikalılarla müzakirə etməyə hazırıq. Biz heç vaxt Rusiyanın Ukraynaya hucumunu dəstəkləməmişik”.