“Rusiyaya qarşı sanksiyaların əksəriyyəti ləğv edilməyəcək”- LAVROV

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əksəriyyəti ləğv edilməyəcək.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Qərb dövlətlərindən hər hansı təkliflər daxil olduqda, Moskva öz cavabını diqqətlə nəzərdən keçirəcək, çünki Avropa danışıqlar aparmaq qabiliyyətini və nüfuzunu aşağı salıb: “Hər şey bitdikdən sonra sanksiyaların çoxu qalacaq. Ona görə də öz ağlımızla yaşamalıyıq. Qərb nəsə təklif edəndə biz 10 dəfə fikirləşib bütün bu təklifləri ölçüb-biçəcəyik ki, onlar bizim maraqlarımıza nə dərəcədə cavab verir və avropalı həmkarlar nə dərəcədə etibarlıdır. Onlar öz reputasiyalarını çox pis şəkildə sarsıdıblar”.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycana getmərəm” –

Sonrakı məqalə

Şahdağa qar yağıb