Rüşvət üstündə tutulan vitse-qubernator həbsxandan müharibəyə yola düşüb

Rüşvət aldığına görə, həbs edilmiş Belqorod vilayətinin keçmiş vitse-qubernatoru Konstantin Polejayev Ukrayna ilə müharibəyə gedib.

Azpost.info bildirir ki, SHOT-un məlumatına görə, o, Müdafiə Nazirliyi ilə müqavilə bağladığı müddətdə həbsdən azad edilib.

K.Polejayev keçən il Belqorod vilayətinin Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Belqorod tikinti şirkətlərindən birinin direktorundan iki premium avtomobil (ümumilikdə təxminən 18 milyon dəyərində) aldığı üçün saxlanılıb. Bunun müqabilində məmur mənzil-kommunal təsərrüfatı sahəsində dövlət müqavilələrinin bağlanmasına köməklik göstəriləcəyini vəd edib. Polejayev günahını tamamilə etiraf edib. O, 36 milyon rubl cərimə ilə beş il sərt rejimli koloniyada cəzaya məhkum edilib.

Həbsxanada olarkən o, Müdafiə Nazirliyi ilə müqavilə imzalmağa qərar verib.

Polejayev əvvəllər Belqorodun meri olub. 2019-cu ilin yanvarında mənzil-kommunal təsərrüfatı üzrə qubernatorun müavini olub. Həbsindən bir müddət əvvəl qubernator Qladkov onu vəzifələrini sistematik şəkildə yerinə yetirmədiyinə, o cümlədən Şebekino və Novaya Tavoljankada mənzillərin bərpası işinin pis təşkilinə görə işdən çıxarıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.