“Səba” şirkətini kim alıb?

“Səba” Açıq Səhmdar Cəmiyyətinin səhmlərini alan “Chicken Pro.” MMC nizamnamə kapitalını azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, MMC nizamnamə kapitalını 242.496 manat azaldaraq 32.103.459 müəyyən edib.

Cəmiyyətin debitor və kreditorları bu barədə xəbərdar edilib və qanunla kreditorların nizamnamə kapitalı azalan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini və vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olması bildirilib.

Xatırladaq ki, “Chicken Pro.” MMC bu ilin iyun ayında “Səba”nın təsisçiliyi ilə yaradılıb. Daha sonra MMC “Səba”nın səhmlərini alıb. Şirkətin qanuni təmsilçisi Əliyev Abid Müstəqim oğludur.

Əvvəlki məqalə

Milli Məclisə seçkilərlə əlaqədar 1000 məntəqədə veb-kamera quraşdırılıb

Sonrakı məqalə

Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başlayıb