Səfir Elxan Poluxov etimadnaməsini Misir prezidentinə təqdim edib –FOTO

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfiri Elxan Poluxov etimadnaməsini Prezident Ə.Əs-Sisiyə təqdim edib. 
Azpost.info bildirir ki, təqdimat mərasimində E.Poluxov Misir Prezidentinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb.  Səfir  cari ilin yanvar ayında Misir Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd edib, Azərbaycan tərəfinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə daim hazır olduğunu söyləyib.
​Ə.Əs-Sisi, öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə salamlarını və xoş arzularını çatdırmağı xahiş edib, Misir tərəfinin xalqların rifahı naminə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu bildirib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.