Şəhidlərin xatirəsi anılarkən ayağa durmayan direktora töhmət verilib- VİDEO

Paytaxtdakı 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman direktor və yanında əyləşən şəxslərin ayağa qalxmaması ilə əlaqədar yayılmış videogörüntülərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb.

İdarədən bildirilib ki, araşdırma nəticəsində əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə 161 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyevaya, təlim-tərbiyə işləri üzrə direktor müavini Əsmər Əliyevaya, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Şükürovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən, intizam tənbehi kimi töhmət verilib.

Əvvəlki məqalə

KTMT Ermənistana yardımla bağlı növbədənkənar iclas keçirəcək

Sonrakı məqalə

“Krım körpüsündə törədilən terrorda Kiyevin əli olmayıb”