Səhiyyə nazirinin vəzifələrini müvəqqəti Teymur Musayev icra edəcək

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilsin.

Teymur Musayev bu təyinata qədər Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsini tutub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir