Şəkidə avtomobil 15 yaşlı yeniyetməni vuraraq öldürüb

Şəkidə avtomobilin vurduğu yeniyetmə xəstəxanaya aparılarkən yolda ölüb.

Asim Azər oğlu Abdurahmanlı müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) Mingəçevir Şəhər Xəstəxanasına aparılarkən yol həyatını itirib.

Qeyd edək ki, Qoxmuq kəndi ərazisində Ülvi Salamzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, Asim Abdurahmanlını vurub.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır(apa).

Əvvəlki məqalə

Dünya birjalarında neft ucuzlaşıb

Sonrakı məqalə

Şimali Koreya hərbçiləri müharibədə iştirak üçün Rusiyaya göndərilib