Şəkiyə dolu düşüb, təsərrüfatlara ziyan dəyib –

-FOTO
07 İyun 2021 - 08:08

Axşam saatlarından etibarən şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.

Şəki rayonunun Kiş və bir sıra digər kəndlərinə küləklə müşaiyət olunan güclü dolu yağıb.

Bunula bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, dolu meyvə ağaclarına, o cümlədən fərdi təsərrüfatlara ciddi ziyan vurub.

Güclü külək nəticəsində iri gövdəli ağaclar kökündən çıxıb, elektrik naqilləri qırılıb, qaz xətlərinə ziyan dəyib.