Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının informasiya dəstəyi ilə olan “Qhtxeber.az” portalının 10 illiyi münasibətilə keçirilən “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi başa çatıb.
Müsabiqə “Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları”, “İctimai nəzarətin effektiv və milli maraqların qorunması” və “QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər” mövzusunda keçirilib.
Müsabiqənin münsifləri xalq şairi Sabir Rüstəmxanlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “APA Group”un rəhbəri Vüsalə Mahirqızı, “Yeni Müsavat” qəzetinin rəhbəri Rauf Arifoğlu və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid olub.
“Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları” mövzusunda 1-ci yer üzrə, Lent.az”-ın əməkdaşı Səbuhi Məmmədli, 2-ci yer üzrə “Publika.az”ın əməkdaşı Asif Nərimanlı və 3-cü yer üzrə “AFN.az”ın əməkdaşı Həbibə Abdulla seçilib.
“İctimai nəzarətin effektiv və milli maraqların qorunması” mövzusunda 1-ci yer “Musavat.com”un əməkdaşı Sevinc Telmanqızı, 2-ci yer üzrə “Moderator.az”ın əməkdaşı Seymur Əliyev və 3-cü yer üzrə “Ayna.az”ın əməkdaşı Rumiyə Miraslan elan olunub.
“QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər” mövzusunda isə 1-ci yer üzrə “CBC.az”ın əməkdaşı Fərəh Sabirqızı, 2-ci yer üzrə “Azadinform.az”ın əməkdaşı Fidan Afər və 3-cü yer üzrə “Muallim.edu.az”ın əməkdaşı Ruhiyyə Daşsalahlı mükafatlandırılıb.
“Qhtxeber.az”ın baş redaktoru Sənan Nəcəfzadə bildirib ki, portal 10 il bundan öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının dəstəyi ilə yaranıb. Müsabiqə ilk dəfədir keçirilir. Üç istiqamət üzrə üç qalib müəyyən olunub. Ölkənin tanınmış media qurumlarının rəhbərləri münsiflər heyətinin üzvləri kimi çıxış edib. Tam qapalı səsvermə nəticəsində qaliblər müəyyən olunub.