Şəmkirdə baş verən güllələnmənin bəzi təfərrüatları məlum olub.
Güllələlən Zabil Aslanov 2022-ci ildə hadisəni törədən qardaşların atalarını döyüb. Bu məqsədlə Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı intiqam almağa qərəra gəliblər. Ötən gün axşam saatlarında Bayramlı qardaşları əvvəlcə Zabil Aslanovun idarəetdiyi “KİA” markalı avtomobilə atəş açıb, sonra isə qardaşlardan Babək Bayramlı əlindəki dəmir parçası ilə avtomobilin şüşəsini sındırıb. Bayramlı qardaşlarının avtomobili isə “Passat” markalı minik maşını olub.