Şəmkirdə ər arvadını qətlə yetirib

Şəmkirdə qadın əri tərəfindən qətlə yetirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, Şəmkir rayonunun Könüllü kəndi ərazisində 1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

Əvvəlki məqalə

“Pentaqonun rekord büdcəsi Rusiya üçün qorxulu və risklidir”

Sonrakı məqalə

Belarusda ordu haqqında yalan məlumata görə 4 il həbs veriləcək