“İrəvan Rusiyanın təklifləri çərçivəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı sənəd imzalamağa hazırdır”.
Azpost.info xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bunu bugünkü mətbuat konfransı zamanı bildirib.
“Biz Rusiyanın təklifləri əsasında sənəd imzalamağa hazırıq və bu gün mən bunu bir daha təsdiq edirəm. Məsələni sonraya təxirə salmaqdansa, indi həll etmək vacibdir. Gecikmiş qərar qarşıdurmanın davamı deməkdir”, – Paşinyan qeyd edib.
Azpost.info