Futbolçu Lionel Messi Səudiyyə Ərəbistanının”Əl Hilal” klubuna keçməyə meyllidir.
Azpost.info bildirir ki, “Foot Mercato”-nun məlumatına görə, PSJ-nin hücumçusu Barselona ilə Səudiyyə Ərəbistanı klubu arasında seçim edir və getdikcə ikinci varianta üstünlük verir.
“Əl-Hilal” klubu argentinalıya 1,2 milyard avro dəyərində iki illik müqavilə təklif edib.
İllik 600 milyon avro maaşla Messi ən çox maaş alan futbolçu olacaq. Messi, onu təmsil edən atası və qardaşı futbol tarixinin ən böyük komissiya faizini alacaq.
Artıq atası Xorxe Messinin təklifi qəbul etdiyi iddia edilir.