“Sədərək”də yanğın zamanı oğurluğa cəhd edənlər saxlanılıb

Yanğın olan obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən APA-ya bildirilib ki, saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yanlış məlumat veriblər.

Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib.

 

Araşdırmalar aparılır.

Əvvəlki məqalə

Kissincer Ukraynada müharibənin bitməsi üçün yolu açıqladı

Sonrakı məqalə

Fazil Salayevin unudulmuş, Əliağa Ağayevin çatlamış qəbri  –