Səfər Mehdiyevin ölkədən çıxışına qadağa qoyuldu

Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Azpost.info bildirir ki, Gununsesi.info-nun xəbərinə görə, sabiq komitə sədrinin ölkədən çıxışının qadağan olunması Gömrük Komitəsinin yüksəkvəzifəli şəxslərinin həbsindən sonra başlanmış cinayət işinin istintaqı ilə bağlıdır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində keçirilən antikorrupsiya əməliyyatları çərçivəsində adıçəkilən qurumun rəhbərliyində olan bir sıra generallar həbs edilib.

Əvvəlki məqalə

“Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi dayandırıla bilər”

Sonrakı məqalə

Ermənistan dünən 9 dəfə təxribat xarakterli silahlı insident törədib –