Səhiyyə işçilərinə ikinci doza vaksinin vurulmasına başlanılacaq

Fevralın 15-dən səhiyyə işçilərinə ikinci doza vaksinin vurulmasına başlanılacaq.

İkinci doza vaksin ilk peyvənd vurulmasından 28 gün sonra tətbiq olunur.

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. İlk mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət, ikinci mərhələdə isə tibbi yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslərin peyvənd olunacaq. (APA)

Ölkədə Çinin SinoVac şirkətinin istehsal etdiyi “Coronavac” peyvəndindən istifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır” –

Sonrakı məqalə

“Biz bu gücdən istifadə edərək torpaqlarımızı işğaldan azad etdik” –