Şəkidə bir qəsəbədən bir gündə 41 uşaq və 17 böyük xəstəxanaya müraciət edib

Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə 58 nəfər xəstəxanaya müraciət edib.

APA xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində 41 nəfəri yetkinlik yaşına çatmayan olmaqla 58 nəfər sakin qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.

Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub, onlara ilkin müdaxilə edilib və evə buraxılıblar.

Həmin şəxslərin xəstəxanaya müraciət etmələrinin səbəbinin içməli su olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

“EuroHome”da mağaza sahibini öldürən qardaşlar saxlanılıb

Sonrakı məqalə

İyunda 2 min 452 nəfərə elektron qaydada pensiya təyin olunub