Şəkidə gənc ana özünü asdı

Şəkidə gənc ana intihar edib.

Hadisə ötən gün axşam saat 23 radələrində rayonun Suçma kəndində baş verib.

Bir övlad anası olan 22 yaşlı Nuray Abdurahmanovanın meyiti yaşadığı ünvanın sanitar qovşağında asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı N. Abdurahmanovanın intihar etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Azərbaycanın sabiq İqtisadiyyat naziri vəfat edib