Səməd Seyidov AŞPA-nın Azərbaycan üzrə məruzəçisini tənqid edib:"Bir-birinizə qarşı hörmət edə bilmirsinizsə..."

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Aevarsdotti tənqid edib.

APA-nın Avropa bürosunun məlumatına görə, S. Seyidov AŞPA-nın qış sessiyasında çıxışında deyib ki, seçkiöncəsi Azərbaycana gələn AŞPA müşahidə missiyasının bəyanatı tənqidi yöndə olsa da, bəyanatda heç bir təhqiramiz ifadəyə yer verilməyib.

Ancaq. S. Seyidov bunu AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Aevarsdottir ilə bağlı deyə bilməyəcəyini söyləyib.

“Thorhildur Sunna Aevarsdotti bu qurumda öz fikirlərini çox qəbuledilməz şəkildə ifadə edib. Buna görə mən indi başa düşürəm ki, nəyə görə bu qurumda böhran var. Əgər bir-birinizə qarşı hörmət edə bilmirsinizsə, qəbuledilməz şəkildə danışırsınızsa, böhran olacaq”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Prokurorluq və DİN polis zorakılığı haqqında yayılanlara münasibət bildirib

Sonrakı məqalə

Prezident İlham Əliyev “Rossiya-24”-ə MÜSAHİBƏ verib: