“Səudiyyədə xoşbəxtəm, daha çox qol vuracağam” –RONALDO

Kriştianu Ronaldo Səudiyyə Ərəbistanındakı oyunun milli komandaya təsir etmədiyini bildirib.

Azpost.info bildirir ki, portuqaliyalı hücumçu ötən mövsümün ikinci hissəsini “Əl-Nəsr”in heyətində keçirib.

“Mən Səudiyyə Ərəbistanında oynayıram, amma həmçinin milli komandada da oynayıram. Artıq üç oyun keçirmişəm. Bu, mənim milli komandadakı mövqeyimə təsir etmir. Məşqçidən də soruşa bilərsiniz”-deyə hucumçu vurğulayıb.

Ronaldo Səudiyyə Krallığının klubunda oyununda razıdır: “Mən çox xoşbəxtəm. Səudiyyə Ərəbistanında liqa yaxşıdır. Hazırkı transferlər öz sözünü deyir. Mən xoşbəxtəm və daha çox qol vuracağıma ümid edirəm”, – deyə Kriştiano Ronaldo bildirib.

Azpost.info

Əvvəlki məqalə

Cenifer Lopes imicini kəskin dəyişib –

Sonrakı məqalə

Avropa İttifaqı Rusiyadan neft idxalını 90 faiz azaldıb