“Səyahət qadağaları aradan qalxmalıdır!”- Bundestaq spikeri Tayvana dəvət olundu

Tayvanın Almaniyadakı nümayəndəsi Se Cjibey Pekin və Taybey arasında gərginliyin artması fonunda Bundestaq nümayəndə heyətini adaya səfərə dəvət edib.

Azpost.info xəbər verir ki, Almaniyanın “Tagesspiegel” qəzetinə verdiyi müsahibədə o, Tayvana səyahət qadağalarının aradan qalxmalı olduğunu deyib.

“Təklif edirəm ki, parlamentin spikeri Berbel Basın başçılıq etdiyi Bundestaq nümayəndə heyəti Tayvana getsin. Bu təşəbbüs parlament fraksiyalarından deyil, xalqı təmsil edən və hökumətə tabe olmayan müstəqil qanunverici dövlət orqanı kimi Bundestaqdan gəlməlidir”, – diplomat bildirib.

Eyni zamanda o qeyd edib ki, hazırkı vəziyyət 1996-cı ildən bəri hərbi münaqişə üçün ən böyük təhdiddir.

Almaniya Federal Topdansatış və Xarici Ticarət Assosiasiyası isə Tayvanla bağlı münaqişənin mümkün gərginləşməsindən narahatlığını bildirib. Qurumun prezidenti Dirk Jandura bildirib ki, Tayvan elektrik və yarımkeçirici sənayelərinə görə qlobal iqtisadiyyatın bir çox sektorunda mühüm komponentdir:

“Gərginliyin daha da artması çox geniş nəticələrə səbəb ola bilər. Hazırkı geosiyasi qeyri-sabitliyi nəzərə alaraq, təxribatlardan çəkinməyi daha məqsədəuyğun hesab edirik. Hələ də əsas ticarət tərəfdaşlarımız olan ABŞ və Çin arasında münaqişənin daha da gərginləşməsi və iqtisadi əlaqələrin pisləşməsi bizə lazım olan son şeydir”.

Azpost.info

Əvvəlki məqalə

Araz Zeynalov dəfn olunub – FOTO

Sonrakı məqalə

Azərbaycan Ordusunun döyüş təyyarələrinin məşq uçuşları keçirlir-