Sabah Britaniyada onlarla etiraz aksiyasının keçirilməsi gözləniıir.
Azpost.info xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.
Etirazçılar qaçqınların məskunlaşdığı 30-a yaxın mərkəzdə cəmlənəcəyini güman edilir.
Məqalədə deyilir ki, onların siyahıları ifrat sağçı qruplar arasında yayılmağa başlayıb. Nəşrin məlumatına görə, təhlükəsizliyin təmin edilməsi üçün 2,2 minədək əlavə polis əməkdaşı ayrılıb.
Britaniya məhkəmələri iğtişaşların iştirakçılarına ilk hökmləri çıxarmağa başlayıb. Bu gün Mançester və Salford Məhkəməsində 18 yaşlı Ceyms Nelsona iki aylıq həbs cəzası verilib. Yeniyetmə üzünü maskanın altında gizlədərək polis maşınlarının şüşələrinə və güzgülərinə xeyli ziyan vurmaqda təqsirli bilinib.
Bu arada, Böyük Britaniyanın Baş naziri Kir Starmer mühacirlərə qarşı iğtişaşlarla bağlı hökumətin fövqəladə Kobra komitəsinin ikinci iclasını çağırıb.
Azpost.info