Sabaha olan hava proqnozu

Azərbaycanda iyunun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24°, gündüz 30-34° isti, Bakıda gecə 20-22°, gündüz 30-32° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 748 millimetr civə sütunundan 756 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı bildirilir.

Əvvəlki məqalə

Yer kürəsinin ən şimal buzlaqları rekord sürətlə əriyir

Sonrakı məqalə

Meymun çiçəyi hava-damcı yolu ilə keçmir –