Sabahdan MİQ müsabiqənin test imtahanı mərhələsinə start verilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.

Təhsil İnstitutundan verilən xəbərə görə, 2 iyul tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 000-ə yaxın namizəd dəvət olunub.

Əvvəlki məqalə

Ermənistan və Türkiyə nümayəndələri sərhəddə görüşəcək

Sonrakı məqalə

Şəhərlərarası avtobuslarda da qiymətlər