Sabiq baş nazirin qatili sui-qəsd planını əvvəlcədən sosial şəbəkədə paylaşıb

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni öldürən şəxs sui-qəsd planını bir neçə il əvvəl sosial şəbəkədə paylaşıb.

Bu barədə NHK Televiziyası məlumat yayıb.

Saxlanılan şəxsin sosial şəbəkə hesablarını izlərkən onun dəfələrlə “Birlik kilsəsi”nə nifrət xarakterli statuslar yazdığı məlum olub. Mərhum baş nazir də kilsənin ardıcıllarından olub.

 

Maraqlıdır ki, Abeni qətlə yetirən şəxsin anası bu kilsəyə müxtəlif vaxtlarda 700 min dollardan çox ianə edib.

Əvvəlki məqalə

Ağstafada qatar qadını vurub öldürüb

Sonrakı məqalə

Zelenski Baş prokuroru və Təhlükəsizlik Xidmətinin rəhbərini işdən çıxarıb