Sabiq Baş nazir Novruz Məmmədov danışdı:

"Bu, ədalətsiz qərardır və düzgün mövqe deyil"
04 Noyabr 2019 - 12:12

Baş nazir vəzifəsindən istefa verdikdən sonra siyasi kluarlarda görünməyən Novruz Məmmədov “ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnaməyə münasibətini açıqlayıb.

Sabir baş nazir Unikal.org-a açıqlamasında “ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qətnaməni qərəzli və ədalətsiz adlandırıb.

Politoloq Novruz Məmmədov  bildirib: “Son vaxtlar ABŞ-dan Türkiyəyə qarşı xüsusi bir mövqe formalaşıb və onu müəyyən formada  konqresdə nümayiş etdirdilər. Əlbəttə, bu ədalətsiz qərardır və düzgün mövqe deyil. Bu mövqe illərdir ki, gündəlikdə var idi. Müəyyən o qərəzləri və mənfi münasibəti göstərmək üçün konqresdə yığışıb belə münasibət bildirdilər. Türkiyənin özü də bu ədalətsiz qərara öz reaksiyasını açıq şəkildə söyləyib”.