Sabiq korpus komandiri, general Rövşən Əkbərov həbs edilib

15 Mart 2021 - 23:49

Azərbaycan Ordusunun sabiq korpus komandiri, general-leytenant Rövşən Əkbərov həbs olunub. 

Azpost.info-nun əldə etdiyi məlumata görə, R. Əkbərova cinayət işi açılıb və o, bu gün məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə Rövşən Əkbərov barəsində 4 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

Gec olduğundan bu barədə sabah Baş Prokurorluqdan generalın hansı maddə üzrə həbs olunduğu barədə açıqlama alıb oxuculara təqdim etməyə çalışacağıq.

Xatırladaq ki, Azərbaycan Ordusunun birlik komandiri general-leytenant Rövşən Əkbərov 2020-ci ilin oktyabrında vəzifəsindən azad edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada generalın ehtiyata buraxıldığı qeyd olunurdu.