Sabiq nazir və Bəxtiyar Vahabzadənin oğlu Əli İnsanovla yollarını ayırdılar –İSTEFA

Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun müavinləri olan İsfəndiyar Vahabzadə və Qüdrət Qulu partiyadan istefa veriblər.

Azpost.info bildirir ki, onlar qərarlarını açıqlayıblar.

“Mən HƏP-i tərk etdim”-deyə Q.Qulu bəyan edib. Q.Qulu bundan sonra heç siyasi mənsubiyyəti olmayacağını bildirib.

İstefaya səbəb HƏP-in hakimiyyəti dəstəkləməklə bağlı qərarı ilə razılaşmadıqları olub.

İsfəndiyar Vahabzadə xalq şairi Bəxtiyar Vahabzadənin oğludur. Müxtəlif ölkələrdə Azərbaycanın səfiri olub. Qüdrət Quliyev isə 1995-97 -cı illərdə xarici iqtisadi əlaqələr naziri işləyib.

Azpost.info 

Əvvəlki məqalə

Gəncədə mənzildə meyiti tapılan qadının 10 il əvvəl öldüyü məlum olub –

Sonrakı məqalə

DİN-in hərbi qulluqçusu azad edilmiş ərazidə minaya düşüb