Şabrandakı yanğınla əlaqədar 9 kəndin qaz təchizatı dayandırılıb

Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.

Bu barədə”Azəriqaz” İstehsalat Birliyindən məlumat verirlib.

Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində “Taxtalar” QPS-dən qidalanan Zeyvə, Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb.

Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Əvvəlki məqalə

Gürcüstanda zəlzələ oldu

Sonrakı məqalə

Britaniyalı nazir Azərbaycan səfirliyinə basqından təəssüflənib