Sabunçu rayonunda orta məktəb şagirdinin xəsarət alması faktı araşdırılır- Baş Prokurorluq

Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə ikinci sinif şagirdinin xəsarət alması faktı üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisənin səbəbi və baş vermə şəraiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Əvvəlki məqalə

“Qərbin Rusiya iqtisadiyyatını çökdürmək pıanı baş tutmadı”

Sonrakı məqalə

Uşağın anadan olmasına və dəfnə görə müavinətlər artırılacaq