Sağlam və parlaq dırnaqlar üçün bu qidaları qəbul edin!

Dırnaqları gücləndirmək üçün gündəlik rasiona kükürdlə zəngin qidalar daxil edilməlidir.

Azpost.info xəbər verir ki, qida mütəxəssisləri xərçəng, balıq və yumurtada bu elementin çox olduğunu deyirlər.

Dırnaqların parlaqlığını qoruyub-saxlamaq üçün isə menyuya xromla zəngin ton balığı və mal əti əlavə edilməlidir: “Kükürd dırnaqları gücləndiri. Xrom isə dırnaqlara parlaqlıq verir. Ona görə də menyuya mütəmadi olaraq mal əti, ton balığı, pomidor, çuğundur daxil edilməlidir”.

Süd məhsullarında bol olan kalsium da dırnaqları güclü saxlamağa kömək edir. Kalsiumun daha yaxşı mənimsənilməsi üçün D vitamini lazımdır. Həkimlər bunun balıq və yumurtada olduğunu deyirlər. Günəşin kifayət qədər olmadığı bölgələrin sakinləri bu vitamin ehtiva edən xüsusi əlavələr qəbul etməlidirlər.

Kök və zeytun yağı dırnağın parlaqlığını təmin edən A vitamini ilə zəngindir. Bu baxımdan avokado, qoz-fındıq və küncüt də faydalıdır. Onların tərkibində dırnaqların böyüməsi üçün lazım olan E vitamini var.

Dırnaqların sağlamlığı üçün sink kimi elementlər də vacibdir. Yumurta və dəniz məhsulları, malın qaraciyəri, balqabaq və günəbaxan tumları, o cümlədən yulaf əzməsi sinklə zəngindir.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və Rusiya XİN rəhbərlərinin geniş tərkibli görüşü başlayıb

Sonrakı məqalə

Mədəniyyət Nazirliyinin şöbə müdirləri işdən azad edilib