Sahibə Qafarova Consonun elçisi ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonla görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sahibə Qafarova onunla əvvəlki görüşlərini məmnunluqla xatırlayıb. O, Emma Nikolsonun ölkəmizə bir neçə dəfə səfər etdiyini vurğulayaraq, bu səfərin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu söyləyən Milli Məclisin sədri iki ölkə arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib.

Emma Nikolson da ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini qeyd edərək, 30 il ərzində ikitərəfli əlaqələrdə əldə olunmuş nailiyyətlərdən danışıb. O, həmçinin parlamentlərarası münasibətlərin də uğurlu inkişafından razılığını bildirib, deputatlarımızın Avropa Şurası Parlament Assambleyası çərçivəsində əməkdaşlığını qeyd edib.

Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra regionda yaranmış yeni vəziyyət, azad olunmuş ərazilərimizdə aparılan geniş bərpa və quruculuq işləri haqqında da məlumat verilib.

Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi, ticarət, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniya Rusiya təyyarələrinə həbs qoyacaq –

Sonrakı məqalə

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirir –