Sahibkar olmaq istəyən qadınların diqqətinə

Bələdiyyələr
Bələdiyyələr

İnsan Hüququları  və Qanunçuluğun  Müdafiəsi İctimai Birliyi , Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin maliyyə yardımı ilə “Regionlarda qadın sahibkarlığının inkişafına  təşəbbüs” adlı  maarifləndirmə tədbirlərinə başlayır.

 3 ay müddətində Masallı və  Astara  rayonlarında həyata keçiriləcək layihənin əsas məqsədi regionlarda yaşayan qadınların liderlik bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq  fəaliyyəti sahəsində maarifləndirilməsi yolu ilə onların regionların sosial-iqtisadi həyatında rollarının artırılmasına  köməklik etməkdir.

 

Layihə rəhbəri Səidə Qocamanlının veridyi bilgiyə görə, 3 ay ərzində 1 günlük seminar  olmaqla 2 seminar trening  keçiriləcək, qadınlara öz imkanlaını təqdim etmək, dinləmək, ictimai çıxışlar etmək, media ilə işləmək bacarığı öyrədiləcək: “İqtisadi fəaliyyətin ideya mərhələsindən, qeydiyyatından, marketinq məsələlərinə qədər olan bütün mərhələləri üzrə qadınlara təlimlər keçiləcək. O sıradan şirkətlərin fəaliyyət planlarının hazırlaması, sahibkarlıq  subyektlərinin mühasibat uçotunun  aparılması, vergi orqanları ilə iş, planlaşdırma istiqamətləri üzrə vacib bilgilər veriləcək. Əsas məqsədimiz odur ki, bu layihə ilə 50 qadına sahibkarlıq fəaliyyətinə başlaması üçün bütün gərəkli addımlar öyrədilsin”.

 

Layihə rəhbərinin fikrincə, belə layihələr məşğulluğun genişləndirilməsi, işsizliyin azadlılması ilə yanaşı ailələrin sosial rifahının yüksəlməsi, məişətdəki aqressiv münasibətlərin azalmasına da yardımçı olur.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.