Şahin Mustafayev İran səfiri ilə görüşüb

Şahin Mustafayev
Şahin Mustafayev

Baş nazirin müavini Şahin Mustafayev İran səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Bu barədə İranın Azərbaycan Respublikasındakı səfirliyi məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıqda son vəziyyət müzakirə olunub.

Tərəflər ticarət, investisiya, nəqliyyat, energetika və infrastruktur layihələri üzrə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsini, eyni zamanda, əvvəlki sazişlərin icrası prosesinin sürətləndirilməsinin və iki ölkənin mövcud iqtisadi potensialından daha çox istifadə edilməsinin vacibliyini vurğulayıblar.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.