Şahzadə Uilyam üç övladına yoxsulluq dünyasını göstərmək istəyir.
Bu barədə o, “The Big Issue” üçün yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, özü ilk dəfə 11 yaşında anası şahzadə Diana ilə evsizlər üçün sığınacaqda olub və həmin vaxt unudulmuş problemə işıq salmaq üçün anasının tam qətiyyətini görüb.
İndi isə şahzadə Uilyam səkkiz yaşlı Corc, yeddi yaşlı Şarlotta və dörd yaşlı Lui ilə küçələrdə yaşayanları ziyarət etmək niyyətindədir.
“Evsizlik həlli olmayan məsələ deyil, çarəsi olan problemdir”, – deyə o, əminliyini ifadə edib.