Salma Hayek Meksikada yeni filmini təqdim edib-FOTOLAR

Məşhur aktrisa Salma Hayek prodüseri olduğu “Milad dadı” filmini təqdim etmək üçün Toronto Film Festivalına gəlib. O, iki aydır etiraz tətili elan etmiş Amerika Aktyorlar Gildiyasından icazə alaraq tədbirdə iştirak edə bildiyini açıqlayıb.

Azpost.info bildirir ki,  “Milad dadı” meksikalı rejissor Alejandro Lozanonun yeni il filmidir, onun personajları həyatlarının ən emosional Milad bayramını yaşayır.

57 yaşlı aktrisa təqdimat zamanı zərif bədən quruluşuna uyğun qar kimi ağ, dar, döşəməyə qədər uzanan paltar seçib.

Xatırladaq ki, təxminən 160 min aktyorun maraqlarını təmsil edən Amerika Televiziya və Kino Aktyorları Federasiyasının (SAG-AFTRA) tətili iyulun 14-də başlayıb. ABŞ kino sənayesində bütün istehsal faktiki olaraq dayandırıb. Tətillər səbəbindən aktyorların iştirakı ilə bir sıra tədbirlər ləğv edilib, o cümlədən sentyabrın 18-də 75-ci dəfə keçiriləcək Emmi televiziya mükafatlarının təqdimetmə mərasimi təxirə salınıb.

Aktyorlar maaşların artırılmasını və iş vaxtından artıq işə görə kompensasiyaların ödənilməsini, həmçinin film istehsalında süni intellektdən istifadəyə məhdudiyyətlərin qoyulmasını tələb edirlər.

Azpost.info

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

İlon Mask uşaqlıqdan hipnoz öyrənib-