Şamaxıda 2 yeniyetmə göldə boğulub –1 nəfər xilas edilib

Şamaxı rayonunda iki nəfər suda boğularaq ölüb.

Bu gün axşam saat 20:00 radələrində rayonun Əngəxaran kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağacan Lətifov və həmyaşıdları Rəvan Mirzəyev, Fərid Rəcəbov Qızmeydan kəndi ərazisində yaradılmış süni göldə çimərkən boğulub.

Ağacan hadisə yerində, Rəvan Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Həkimlərin səyi nəticəsində Fəridin həyatını xilas etmək mümkün olub.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.