Azərbaycanın ilk özəl televiziya kanallarından biri olan SARA TV-nin təsisçisi və rəhbəri olmuş iş adamı Rəsul Rauf vəfat edib.
Bu barədə onun qızı Sara Nəcəfi Rauf öz sosial şəbəkə hesabında məlumat verib.
Əslən İrandan olan azərbaycanlı Rəsul Rauf Türkiyədə yaşayırdı.
SARA TV 1995-1999-cu illərdə fəaliyyət göstərib. 1999-cu ildə vergi iddiaları ilə bağlı telekanalın fəaliyyəti dayandırılıb. Bundan bir müddət sonra TV-nin rəhbərliyi Azərbaycanı tərk edib.